21 mart 2026. Şənbə

"Bavariya" Tuxellə bağlı qərarını verdi

"Bavariya" baş məşqçisi Tomas Tuxellə bağlı qərarını verib.


"Bavariya" Tuxellə bağlı qərarını verdi

"Bavariya" baş məşqçisi Tomas Tuxellə bağlı qərarını verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, Münhen klubunun hələ məşqçi dəyişikliyi etməyi planlaşdırmadığını, lakin yayda komandaya rəhbərlik edə biləcək yeni mütəxəssislə bağlı danışıqlar apardığını qeyd edib.

Lakin Münhen düşərgəsində vəziyyət dəyişməsə, o zaman Tuxel mövsüm ərzində qovula bilər. Bundan əlavə, "Bavariya" rəhbərliyi daxildəki  bəzi adamlar tərəfindən qiymətləndirilən Xabi Alonsonu nəzərdən keçirir.

Xatırladaq ki, dünən Almaniya Bundesliqasının 21-ci turunun matçında "Bavariya" səfərdə "Bayer"ə 0:3 hesabı ilə uduzub. Bu qələbədən sonra "Bayer" Almaniya Bundesliqasında liderliyini gücləndirib. Xabi Alonsonun komandasının hazırda 55 xalı var. İkinci yerdə 50 xalla “Bavariya” qərarlaşıb.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə