8 sentyabr 2024. Bazar günü

Müller Tuxelin "Bavariya"dakı gələcəyi haqda: "Bu məsələni biz danışmalı deyilik"

"Bavariya"nın hücumçusu Tomas Müller Tomas Tuxeli Münhen komandasının baş məşqçisi vəzifəsinə uyğun namizəd hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.


Müller Tuxelin "Bavariya"dakı gələcəyi haqda: "Bu məsələni biz danışmalı deyilik"

"Bavariya"nın hücumçusu Tomas Müller Tomas Tuxeli Münhen komandasının baş məşqçisi vəzifəsinə uyğun namizəd hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az-ın məlumatına görə, alman oyunçu bu məsələ haqda danışmağın hörmətsiz olduğunu bildirib.

“Bu məsələləri məşqçi ilə müzakirə edə bilərsiniz, amma oyunçularla deyil. Bu məsələni biz danışmalı deyilik. Üstəlik, bu, sadəcə olaraq, hörmətsizlikdir. Təbii ki, hazırda “Bavariya”da vəziyyət o qədər də yaxşı deyil. Biz futbolçular və məşqçi hər gün bunu düzəltmək üçün çalışırıq. Biz bir-birimizə bağlıyıq”, – Bayern & Germany Müllerin "X" sosial şəbəkəsində (keçmiş Twitter) sözlərini sitat gətirir.

Xatırladaq ki, Tomas Tuxel 2023-cü ilin martında “Bavariya”nı çalışdırıb. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədərdir. Almaniya çempionatında "Bavariya" 50 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider Bayerdən 5 xal geri qalır.







Almaniya B.L.

Bundesliqada klubunu dəyişdi
  • Almaniya B.L.
  • 22:45 04.09.2024
Bundesliqada klubunu dəyişdi
Koman "Bavariya"nı tərk edir
  • Almaniya B.L.
  • 12:27 27.08.2024
Koman "Bavariya"nı tərk edir
Bundesliqa klubunda yeni futbolçu
  • Almaniya B.L.
  • 23:41 05.08.2024
Bundesliqa klubunda yeni futbolçu
Kroos Almaniyada ilin oyunçusu seçilib
  • Almaniya B.L.
  • 19:43 04.08.2024
Kroos Almaniyada ilin oyunçusu seçilib
"Mən hər şeyi qazanmalıyam"
  • Almaniya B.L.
  • 12:24 03.08.2024
"Mən hər şeyi qazanmalıyam"