22 oktyabr 2024. Çərşənbə axşamı

Flik özünə yeni agent götürdü

Pini Zahavi "Bavariya" və Almaniyanın sabiq baş məşqçisi Hans-Diter Flikin yeni agenti olub.


Flik özünə yeni agent götürdü

Pini Zahavi "Bavariya" və Almaniyanın sabiq baş məşqçisi Hans-Diter Flikin yeni agenti olub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə məşhur jurnalist və insayder Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, “Barselona” və bəzi Premyer Liqa klubları 58 yaşlı çalışdırıcının xidmətində maraqlı olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl "Bavariya"nın Almaniya millisinin keçmiş mentorunun xidmətində maraqlı olduğu haqda məlumat yayılmışdı.

Qeyd olunub ki, “Bavariya”da qərar verən bəzi şəxslər Flikin geri dönəcəyini yaxşı təsəvvür edə bilirlər və mütəxəssisin özü də yeni çağırışa hazır olduğunu hiss edir və yayda kluba rəhbərlik etmək istəyir. Eyni zamanda Hans-Diter Münhen komandasının çıxışlarını çox diqqətlə izləyir.

Əlavə edək ki,  Kristofer Nkunku (Çelsi), Qabi Veyqa (Əl-Əhli) və Şon Lonqstaff (Nyukasl) kimi oyunçuların da agenti məhz Zahavidir.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu