22 oktyabr 2024. Çərşənbə axşamı

"Nəticələr gözlədiyimiz kimi olmadı" - Keyn

"Bavariya"nın hücumçusu Harri Keyn Tomas Tuxelin komandasının son uğursuz nəticələri ilə bağlı açıqlama verib.


"Nəticələr gözlədiyimiz kimi olmadı" - Keyn

"Bavariya"nın hücumçusu Harri Keyn Tomas Tuxelin komandasının son uğursuz nəticələri ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, ingilis forvard, təkcə baş məşqçi üçün yox komanda olaraq çətin bir həftə keçirdiklərini bildirib.

“Gizlətmək olmaz ki, bizim üçün çətin həftə oldu, çıxışlar və nəticələr özümüzdən gözlədiyimiz səviyyədə olmadı. Biz birləşməli və irəli getməliyik – qarşıda bizi vəziyyəti dəyişmək üçün böyük bir sıra mühüm oyunlar var”, – Keyn X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Almaniya çempionatının 22-ci turunun matçında "Bohum"a (2:3) uduzan "Bavariya" 2019-cu ilin dekabrından bəri ilk dəfə Bundesliqada ardıcıl ikinci oyunda məğlub olub.

Bu mövsüm Bundesliqanın 22 turundan sonra "Bavariya" lider Bayer Leverkuzendən 8 xal geri qalaraq, turnir cədvəlində ikinci yerdədir. Daxili çempionatın növbəti oyununda münhenlilər doğma meydanda “Leypsiq”lə qarşılaşacaq. Oyun fevralın 24-də baş tutacaq.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu