- Almaniya B.L.
- 15:08 21.11.2024
"Mançester Yunayted"in sabiq hücumçusu Dimitar Berbatov bu mövsümün sonunda postunu tərk edəcək "Bavariya"nın baş məşqçisi Tomas Tuxel haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, 43 yaşlı veteran futbolçu alman çalışdırıcının uzun müddət işsiz qalacağını düşünmədiyini bildirib.
“Hətta Tuxelin adı özü ona yeni iş tapmaqda kömək edəcək. Axı o, Çempionlar Liqasının qalibidir. Tomasın uzun müddət işsiz qalacağını düşünmürəm. Hara gedəcək? Bu yaxşı sualdır. Yəqin ki, cavabı növbəti mövsümdə öyrənəcəyik”
Xatırladaq ki, Tuçelin İngiltərədə işləmək istədiyi barədə daha əvvəl məlumat yayılmışdı. Tomas ötən ilin mart ayından "Bavariya"nın sükanı arxasına keçib. Daha sonra alman mütəxəssis bu postda gözlənilmədən həmyerlisi Yulian Naqelsmanı əvəzləyib. Tuxel 2022/2023 mövsümündə Münhen ilə Bundesliqanın qalibi olub. Almaniya Bundesliqasının 22 turundan sonra "Bavariya" 50 xal toplayıb və ikinci pillədə qərarlaşıb. Münhen komandası ilə lider Bayer arasındakı fərq 8 xaldır.