8 sentyabr 2024. Bazar günü

“Heç kim oyunçularını pulsuz itirmək istəməz"


“Heç kim oyunçularını pulsuz itirmək istəməz"

"Bavariya"nın yeni idman direktoru Maks Eberl müdafiəçi Alfonso Devisin gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, o, "Real Madrid"in maraq göstərdiyi kanadalı üçün bunları deyib.

“Heç kim oyunçularını pulsuz itirmək istəməz... Bu başa düşüləndir. Biz artıq onun meneceri ilə bu məsələni müzakirə etmişik və indi söhbəti davam etdirməyə çalışacağam"

Xatırladaq ki, İngiltərənin bəzi klubları və “Barselona” ilə maraqlanan Deyvisin “Real Madrid”ə keçməyə can atdığı barədə daha əvvəl məlumat yayılmışdı. Kanadalının "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Alfonso bütün turnirlərdə 27 matçda iştirak edib və bu matçlarda bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. Transfermarkt portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.Devis daha əvvəl Kanadanın “Vankuver Uaytkaps” klubunda çıxış edib.







Almaniya B.L.

Bundesliqada klubunu dəyişdi
  • Almaniya B.L.
  • 22:45 04.09.2024
Bundesliqada klubunu dəyişdi
Koman "Bavariya"nı tərk edir
  • Almaniya B.L.
  • 12:27 27.08.2024
Koman "Bavariya"nı tərk edir
Bundesliqa klubunda yeni futbolçu
  • Almaniya B.L.
  • 23:41 05.08.2024
Bundesliqa klubunda yeni futbolçu
Kroos Almaniyada ilin oyunçusu seçilib
  • Almaniya B.L.
  • 19:43 04.08.2024
Kroos Almaniyada ilin oyunçusu seçilib
"Mən hər şeyi qazanmalıyam"
  • Almaniya B.L.
  • 12:24 03.08.2024
"Mən hər şeyi qazanmalıyam"