21 mart 2026. Şənbə

"Bayer" "Qarabağ"la oyunöncəsi qələbə qazandı


"Bayer" "Qarabağ"la oyunöncəsi qələbə qazandı

Almaniya Bundesliqasında  24-cü turun oyunları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə, "Bayer" bu tur çərçivəsində səfərdə "Köln"ün qonağı olub. Görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb (0:2).

Matçdan sonra “Köln” 16-cı (17 xal), “Bayer” liderdir (64 xal).

Turun əvvəlində "Frayburq" "Bavariya" ilə heç-heçə edib.

Xatırladaq ki, Leverkuzen təmsilçisi  Avropa Liqasında "Qarabağ"la yenidən qarşılaşıb, onlar bu dəfə 1/8 finalda üz-üzə gələcəklər.Komandalar arasında ilk oyun martın 7-də Azərbaycanın Tofiq Bəhramov adına stadionunda baş tutacaq. Cavab oyunu martın 14-də Almaniyada keçiriləcək.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə