22 oktyabr 2024. Çərşənbə axşamı

Tuxel "Bavariya"nın turnirlərdəki şansından DANIŞDI


Tuxel "Bavariya"nın turnirlərdəki şansından DANIŞDI

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının "Latsio" ilə cavab matçından əvvəl klubun cari mövsümü istənilən kubokla başa vurmaq şanslarından danışıb.

90deqiqe.Az  xəbər verir ki, alman çalışdırıcı bunu belə izah edib.

“Kuboklar haqqında danışmaq kubokları qazandırmaz. Bu gün yaxşı məşq edib, sabah yaxşı oynamalıyıq. Daha yaxşı edə biləcəyimiz çox şey var. Bizə mütləq emosiyalarla dolu bir stadion lazımdır. Biz bu emosiyaları tribunalara çatdırmalıyıq. Biz ən yüksək səviyyədə çıxış etməliyik”

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” – “Latsio” cavab oyunu martın 5-də baş tutacaq. Oyun Allianz Arenada keçiriləcək. İlk görüşdə Roma klubu qalib gəlib (1:0).

Tuxel ötən ilin martından “Bavariya”ya rəhbərlik edir. Daha sonra alman mütəxəssis bu postda gözlənilmədən həmyerlisi Julian Nagelsmannı əvəzləyib. Tuxel 2022/2023 mövsümündə Münhen ilə Bundesliqanın qalibi olub. 2025-ci ilin iyun ayına qədər olan müqaviləyə bu yay xitam veriləcək.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu