- Almaniya B.L.
- 23:40 25.03.2025
"Bavariya"nın müdafiəçisi Matthijs de Liqt komandadan mümkün gedişi haqda açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, niderlandlı oyunçu Münhen klubunda xoşbəxt olduğunu və getməyi düşünmədiyini bildirib.
“İndi getməyi heç düşünmürəm. "Bavariya"da çox xoşbəxtəm. Bəli, bu mövsüm mənim üçün çətin keçdi. Uzun müddət idi zədəli idim. Amma hazırda özümü yaxşı hiss edirəm və yaxşı formadayam, oynaya bilərəm və oynamaq istəyirəm”
De Ligt 2022-ci ilin yayında "Yuventus"dan 67 milyon avroya "Bavariya"ya keçib.Bu mövsüm müdafiəçi bütün turnirlərdə 19 oyun keçirib və iki qol vurub. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 65 milyon avro təşkil edir.Daha əvvəl hollandiyalı ilə "Mançester Yunayted"in maraqlandığı bildirilirdi.