- Almaniya B.L.
- 23:58 07.12.2024
İngiltərə millisinin və "Liverpul"un sabiq hücumçusu Maykl Ouen "Bavariya"nın hücumçusu Camal Musialanın gələcəyi ilə bağlı danışıb.
90deqiqe.Az xəbər verir ki, 44 yaşlı keçmiş futbolçusu Musialanın "Real"da çıxış etməyə layiq olduğunu bildirib.
“Uzun müddətdir ki, Camalın oyununa heyranam. Belə istedad istənilən klubda özünü göstərə bilər. Əminəm ki, bir çox Premyer Liqa klubları onunla maraqlanır.Musiala üçün real seçim "Real Madrid" və ya İngiltərə Çempionatı klublarından biri olardı".
21 yaşlı futbolçu bu mövsüm Bundesliqada 19 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Camalın "Bavariya" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir və onun transfer qiyməti 110 milyon avrodur.