- Almaniya B.L.
- 14:40 04.12.2025
"Bavariya"nın müdafiəçisi Erik Dayer komanda yoldaşı Harri Keyn haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az “The Times”ə istinadən xəbər verir ki,30 yaşlı oyunçu həmyerlisinin dünyanın ən yaxşı bitiricisi olduğunu bildirib.
“Keyn dünyanın ən yaxşı finişçisidir. Lionel Messidən başqa, kimin Harridən daha yaxşı sol ayaqla bitirən olduğunu belə bilmirəm. Hətta solayaqlı oyunçular arasında belə, heç kimin adını çəkə bilmərəm"
Xatırladaq ki, Keyn ötən yay London “Tottenhem”indən “Bavariya”ya keçmişdi. Almaniya çempionatının bu mövsümündə 30 yaşlı bombardirlik 24 oyun keçirib, bu oyunda 27 qol (üçü penaltidən) və 5 məhsuldar ötürmə ilə yadda qalıb.