22 iyun 2026. Bazar ertəsi

"Keyndən belə oyun heç gözləmirdim" - Runi


"Keyndən belə oyun heç gözləmirdim" - Runi

"Mançester Yunayted"in və İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi ötən yay "Bavariya"ya keçən forvard Harri Keynin çıxışını yüksək qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, 38 yaşlı sabiq futbolçu ingilis forvarddan belə bir oyun gözləmədiyini bildirib.

“Ondan heç nə gözləmirdim. O, inanılmazdır. Vurduğu qollar, yaratdığı şanslar onun əsl peşəkar olduğunu göstərir. "Bavariya" kuboklar qazanmasa, bu çılğınlıq olacaq, amma Keyn harada oynamasından asılı olmayaraq, o, həmişə çoxlu qol vurur"

Xatırladaq ki, Keyn bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 36 qol vurub, 11 məhsuldar ötürmə edib.

Almaniya çempionatının 25 turundan sonra "Bavariya" 57 xal toplayıb və lider "Bayer"dən 7 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb, lakin Leverkuzen klubunun qarşısında bir oyun var.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər