- Almaniya B.L.
- 23:59 23.11.2024
"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix komandadakı gələcəyindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə,alman oyunçu bunu belə izah edib.
"Ümumiyyətlə, mənim vəziyyətim aydındır. “Bavariya” ilə cari müqaviləm var. Mənim üçün əsas odur ki, öz oyunumu göstərim, sonra nə baş verəcəyini görəcəyik”
Daha əvvəl 29 yaşlı futbolçunun xidmətində İngiltərə Premyer Liqasının top-klublarının maraqlı olduğu bildirilirdi.
Bu mövsüm Kimmix bütün turnirlərdə 30 matçda iştirak edib, o, bir qol vurub və yeddi məhsuldar ötürmə edib. Kimmixin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 75 milyon avro qiymətləndirir.