24 noyabr 2024. Bazar günü

"Bavariya" onu geri qaytarır


"Bavariya" onu geri qaytarır

"Bayer"də bir illik icarə əsasında oynayan "Bavariya"nın sağ cinah müdafiəçisi Yosip Stanişiç bu mövsümün sonunda Münhen klubuna qayıdacaq.

90deqiqe.Az  xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, klublar arasında mövcud icarə müqaviləsində 23 yaşlı futbolçunun alınması imkanları nəzərdə tutulmadığını və həmçinin, icarə müddəti əlavə müddətə uzadıla bilməcəyini qeyd olunduğunu bildirib..

Qeyd olunur ki, "Bavariya" müdafiəyəmeyilli oyunçudan gələn mövsüm istifadə etməkdə maraqlıdır.

Stanişiç 2017-ci ildən “Bavariya”da çıxış edir. Bu mövsüm müdafiəçi "Bayer"in heyətində bütün turnirlərdə 23 oyun keçirib və bu oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib. Maraqlıdır ki, xorvatiyalı “Bavariya” ilə görüşdə “Aspirin” komandasının yeganə qolunu vurub.

Futbolçunun Münhen klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.







Almaniya B.L.

"Bayer" və "Borussiya"dan darmadağın
  • Almaniya B.L.
  • 23:59 23.11.2024
"Bayer" və "Borussiya"dan darmadağın
"Bayer" və "Borussiya"dan qələbə
  • Almaniya B.L.
  • 00:00 23.11.2024
"Bayer" və "Borussiya"dan qələbə
Bundesliqa klubu onu satmaq istəmir
  • Almaniya B.L.
  • 23:13 14.11.2024
Bundesliqa klubu onu satmaq istəmir
"Bavariya"da xoşbəxtəm"
  • Almaniya B.L.
  • 18:16 12.11.2024
"Bavariya"da xoşbəxtəm"