- Almaniya B.L.
- 23:59 23.11.2024
Almaniya bundesliqasında 25-ci tura yekun vurulub. “Frayburq” səfərdə, “Ayntraxt Frankfurt” isə doğma azarkeşləri önündə qələbə qazanıb. Günün digər matçında təmsilçimiz “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer” ardıcıl 7-ci qalibiyyətini əldə edib.
90deqiqe.az “Bayer leverkuzen” doğma meydanda “Volfsburq”u sınağa çəkib. Oyuna gözlənildiyi kimi, birincilər yaxşı başlayıblar. 22-ci dəqiqədə florian virtzin fərqlənməsinə qapı dirəyi mane olub. 25-ci dəqiqədə qonaqlardan sedrik çeziqerin zərbəsini lukaş qradeçki zərərsizləşdirib. 28-ci dəqiqədə “Volfsburq”un heyətində moriç yenç kobud oyuna görə ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub. Fürsətdən istifadə edən xabi alonsonun yetirmələri 37-ci dəqiqədə hesabı açıb. Alexandro Qrimaldonun ötürməsindən sonra natan tella başla topu qapıdan keçirib. İlk hissə meydan sahiblərinin minimalhesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra da oyuna diqtə edən “əczaçılar” 86-cı dəqiqədə hesab arasındakı fərqi iki topa yüksəldiblər. Esekiel palasiosun ötürməsindən sonra florian virtz topu yerə enmədən tora qovuşduraraq qarşılaşmanın yekun hesabını müəyyənləşdirib. “bayer leverkuzen” 2, “volfsburq” 0. Ardıcıl 7 oyundur qələbə qazanan “bayer” 67 xalla almaniya bundesliqasına başçılıq edir. Onların ən yaxın izləyicisi “Bayern Münhen”in 57 xalı varsa, ilk üçlüyü tamamlayan “Ştutqart” münhen klubundan 4 xal geri qalır