22 iyun 2026. Bazar ertəsi

“Bavariya” Kimmixi bir şərtlə satacaq – beş superklub hazırdır


“Bavariya” Kimmixi bir şərtlə satacaq – beş superklub hazırdır

"Bavariya" yay transfer pəncərəsində yarımmüdafiəçi Coşua Kimmixlə ayrılmağa hazırdır.

90deqiqe.Az xəbər verir ki, Münhen komandası uyğun təklif alarsa alman oyunçunu sata bilər.

29 yaşlı futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Hələlik əmək müqaviləsinin uzadılması ilə bağlı konkret söhbət olmayıb.

Kimmix beş super klubdan biri ilə müqavilə imzalaya bilər.

Siyahıda “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Real Madrid” və “Barselona” yer alıb.Artıq bəzi klublar Coşua ilə əlaqə saxlayıb və o, danışıqlara açıqdır.

Qeyd olunur ki, Kimmix "Mançester Yunayted", "Çelsi" və PSJ-yə keçməyəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər