22 iyun 2026. Bazar ertəsi

"Bavariya" Devislə ilə danışıqlar aparır


"Bavariya" Devislə ilə danışıqlar aparır

"Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Devis komandada qala bilər.

90deqiqe.Az-ın "Sport Bild"ə istinadən məlumatına görə, bu həftə “Bavariya”nın rəhbərləri müdafiə oyunçusunun nümayəndələri ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparıblar. Münhen Devisə mövsümdə 11-13 milyon avro maaş təklif edir. Futbolçu təklifi qəbul etməsə, klub gələn yay onu satmaq məcburiyyətində qalacaq.

Əvvəllər kanadalının "Real Madrid"ə keçməsi ilə bağlı iddialar yayılmışdı.

Devis 2019-cu ildən "Bavariya"da çıxış edir. Bu mövsüm müdafiəçi Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 28 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər