8 sentyabr 2024. Bazar günü

Devis Premyer Liqada izlədiyi klubun adını açıqladı


Devis Premyer Liqada izlədiyi klubun adını açıqladı

"Bavariya"nın futbolçusu Alfonso Devis İngiltərə çempionatında hansı kluba görə narahat olmasından danışıb.

90deqiqe.Az xəbər verir ki, kanadalı futbolçu London klubunun azarkeşi olduğunu bildirib.

"Uşaq vaxtı "Çelsi"nin oyunlarına baxırdım. Buna görə də mən onları dəstəkləyirəm"

Devis 2019-cu ildən "Bavariya"da oynayır, əvvəllər vətəni Kanadada çıxış edib. Onun alman klubu ilə müqaviləsi 2025-ci ildə başa çatır.

Daha əvvəl mətbuatda Devisin növbəti transfer pəncərəsində "Real Madrid"ə keçə biləcəyi barədə məlumatlar yayılmışdı.

Qeyd olunub ki, "Bavariya" futbolçu ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib. Bu mövsüm 23 yaşlı futbolçu 31 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Devisin qiyməti 70 milyon avrodur.







Almaniya B.L.

Bundesliqada klubunu dəyişdi
  • Almaniya B.L.
  • 22:45 04.09.2024
Bundesliqada klubunu dəyişdi
Koman "Bavariya"nı tərk edir
  • Almaniya B.L.
  • 12:27 27.08.2024
Koman "Bavariya"nı tərk edir
Bundesliqa klubunda yeni futbolçu
  • Almaniya B.L.
  • 23:41 05.08.2024
Bundesliqa klubunda yeni futbolçu
Kroos Almaniyada ilin oyunçusu seçilib
  • Almaniya B.L.
  • 19:43 04.08.2024
Kroos Almaniyada ilin oyunçusu seçilib
"Mən hər şeyi qazanmalıyam"
  • Almaniya B.L.
  • 12:24 03.08.2024
"Mən hər şeyi qazanmalıyam"