- Almaniya B.L.
- 15:08 21.11.2024
"Bavariya"nın idman direktoru Maks Eberl yarımmüdafiəçi Leon Qoretskinin Münhen klubundakı gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, o, 29 yaşlı futbolçunun komandanın vacib hissəsi olduğunu bildirib.
“Leon ən yaxşı oyunçudur və mən onu, eləcə də fiziki hazırlığını və nizam-intizamını çox qiymətləndirirəm. Leon "Bavariya"nın vacib hissəsidir.
Ancaq heyətin formalaşmasına məşqçinin qərarı təsir edir. Danılmaz faktdır ki, Leon Almaniya millisinin oyunçusudur və “Bavariya”da mühüm rol oynaya bilər”
Bu mövsüm Goretzka bütün yarışlarda 31 matçda iştirak edib, o, dörd qol vurub və doqquz məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.