7 may 2026. Cümə axşamı

Tuxeldən Xabi Alonso ilə bağlı açıqlama


Tuxeldən Xabi Alonso ilə bağlı açıqlama

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Xabi Alonso ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı Alonsonun  "Bayer Leverkuzen"in baş məşqçisi postunda qalmaq qərarını şərh etməkdən imtina edib.

“Mən əmin deyiləm ki, bu kimi şeyləri şərh etmək üçün düzgün insanam. Bu, Xabi Alonsonun qərarıdır, bunu özü üçün verib. Mən bunu şərh edə bilmərəm”

Xatırladaq ki, ispaniyalı mütəxəssislə daha əvvəl “Bavariya” və “Liverpul” maraqlanırdı.

Tomasın özü yayda "Bavariya"nın baş məşqçi postunu tərk edəcək və bunun üçün 12 milyon avroluq təzminat alacaq. Tuxelin daha əvvəl “Mançester Yunayted”ə keçidi ilə bağlı xəbərlər yayılmışdı.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”