19 fevral 2025. Çərşənbə

Tuxel "Bayer"i təbrik etdi


Tuxel "Bayer"i təbrik etdi

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel "Bayer"lə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı rəqibi Bundesliqadakı cari mövsümdə qazandığı qələbə münasibətilə təbrik edib.

"Çempionluq yarışı bitdi? Bəli, bu mütləqdir. Bayer-i təbrik edirəm.

Oyunumuz bizi həqiqətən məyus etdi. Bu görüşün heç bir mərhələsində qələbə üçün lazım olan komanda ruhu və ya həyəcan hissi yox idi. Ümumilikdə orta səviyyəli matç oldu. Heç bir komanda yaxşı çıxış etmədi, amma bəzi əsas şeyləri əldən verdik.

26-cı dəqiqədə Harri Keynin şansı və Hummelsin əllə oyunu kimi mühüm məqamlarda da bəxtimiz gətirmədi."

Almaniya çempionatının 27-ci turunda “Bavariya” Dortmund “Borussiya”sına uduzub (0:2), “Bayer” “Hoffenhaym”ı darmadağın edib (2:1).

Münhen 2-ci (60 xal), Leverkuzen komandası liderdir (73 xal).







Almaniya B.L.

"Barselona" Fatini 10 milyona sata bilər
  • Almaniya B.L.
  • 16:51 18.02.2025
"Barselona" Fatini 10 milyona sata bilər
Keyn "Bavariya"nın məşqini buraxıb
  • Almaniya B.L.
  • 22:44 17.02.2025
Keyn "Bavariya"nın məşqini buraxıb
"Borussiya"dan növbəti məğlubiyyət
  • Almaniya B.L.
  • 21:24 15.02.2025
"Borussiya"dan növbəti məğlubiyyət
"Bu, qətiyyən final deyil"  - Xabi Alonso
  • Almaniya B.L.
  • 23:57 14.02.2025
"Bu, qətiyyən final deyil" - Xabi Alonso