22 iyun 2026. Bazar ertəsi

"Bavariya"nın prezidenti komandanı tənqid etdi


"Bavariya"nın prezidenti komandanı tənqid etdi

"Bavariya"nın prezidenti Herbert Hayner komandasının Dortmund "Borussiya"sı ilə mövsümün vacib oyununda (0:2) məğlubiyyətindən danışıb.

90deqiqe.Az xəbər verir ki, funksioner, "Bavariya"nın bu mövsüm hamının görmək istədiyi komanda olmadığını bildirib.

“Bavariya” hamının öyrəşdiyi və görmək istədiyimiz “Bavariya” deyildi. Bu mövsüm ilk dəfə deyil ki, oyuna girib uğur qazana bilmirik.

Biz layiqincə məğlub olduq. Biz həddən artıq statik idik, kifayət qədər aqressiv deyildik, ehtirasımız çox az idi və bu, meydanda özünü göstərdi”

Qeyd edək ki, "Bavariya" 2023/2024 mövsümü üçün Bundesliqa turnir cədvəlində ikinci yerdədir. Komanda 27 görüşdə 60 xal toplayıb. “Borussiya” 53 xalla dördüncü yerdədir. Almaniya çempionatının turnir cədvəlinə Bayer (73) başçılıq edir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər