29 yanvar 2026. Cümə axşamı

“Bayer Leverkuzen” Kubokda finala yüksəlib


“Bayer Leverkuzen” Kubokda finala yüksəlib

Almaniya kubokunda finala yüksələn ikinci komandanın adına aydınlıq gəlib.

90deqiqe.az xəbər verir ki, “Bay Arena”da keçirilən görüşə gözlənildiyi kimi meydan sahibi “Bayer Leverkuzen” daha istəkli başlayıb.

Artıq 7-ci dəqiqədə hesab açılıb. Jeremi Frimpong adını tabloya yazdırıb. 20-ci dəqiqədə hesab arasındakı fərq 2 topa çatıb. Amin Adli uzaq küncü dəqiq nişan alıb. Fasiləyə qədər Leverkuzen təmsilçisi daha bir qol vurub. 35-ci dəqiqədə Florian Virtz qonaqları 3-cü dəfə məyus edib. İkinci yarıda bir qol qeydə alınıb. 60-cı dəqiqədə hakim əllə oyuna görə Düsseldorf klubunun qapısına penalti təyin edib. Nöqtəyə yaxınlaşan Virts dubl edərək komandasının 4-0 hesablı qələbəsində pay sahibi olub.

Qeyd edək ki, mayın 25-i “Bayer Leverkuzen”lə “Kayzerslatern” arasında oynanılacaq final matçı Berlindəki “Olimpiya” stadionunda keçiriləcək.







Almaniya B.L.

“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə
“Bayer” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 21:01 24.01.2026
“Bayer” 3 xalı tək qolla qazandı
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 20:55 24.01.2026
“Leypsiq”dən inamlı qələbə
“Bavariya” evdə "Auqsburq”a uduzdu
  • Almaniya B.L.
  • 20:44 24.01.2026
“Bavariya” evdə "Auqsburq”a uduzdu