7 may 2026. Cümə axşamı

Keyn Bundesliqanın 60 illik rekordunu yeniləyib


Keyn Bundesliqanın 60 illik rekordunu yeniləyib

"Bavariya" Bundesliqanın 28-ci tur çərçivəsində səfərdə "Haydenhaym"a uduzub.(2:3)

90deqiqe.Az xəbər verir ki, sözügedən matçda 38-ci dəqiqəsində fərqlənən Münhen klubunun hücumçusu Harri Keyn Almaniya çempionatında 2023/2024 mövsümündə 32-ci qoluna imza atıb. 

Bu qol ingilis futbolçu üçün rekorddu. Bundesliqa tarixində ilk dəfə turnirdə debüt mövsümünü keçirən futbolçu bu qədər qol vurur.

Əvvəlki rekord (31) 1963/1964 mövsümündə - ilk Bundesliqa mövsümündə "Hamburq"un və Almaniya millisinin keçmiş oyunçusu Uve Seelere məxsus idi.

Bir mövsümdə ən çox qol vurma rekordu “Bavariya”nın keçmiş hücumçusu Robert Levandovskiyə məxsusdur. O, 2020/2021 mövsümündə 41 qol vurub.

Xatırladaq ki, Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya keçib.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”