22 oktyabr 2024. Çərşənbə axşamı

Naqelsmann "Bavariya"ya qayıdır? - özü açıqladı


Naqelsmann "Bavariya"ya qayıdır? - özü açıqladı

Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann "Bavariya"ya qayıtması ilə bağlı yayılan xəbərlərdən danışıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı hazırda danışıqların olmadığını bildirib.

“Əlimdə yazılı təklif yoxdur, danışıqlar olmayıb. Mən hələ peşəkar olaraq bundan sonra nə olacağını düşündüyüm mərhələdəyəm. Düşünürəm ki, hər şeyi nəzərə almaq, hər şeyi müzakirə etmək olduqca normaldır. Sonra nə vaxtsa qərar verəcəyəm, amma indi dəqiq tarix deyə bilmərəm. Düşünürəm ki, nə vaxtsa hansısa variantlar ola bilər, amma hazırda imzalaya biləcəyim təkliflər almamışam. Mən hələ də bundan sonra nə olacağını düşünmək mərhələsindəyəm”, - deyə Naqelsmann X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Xatırladaq ki, Naqelsmann 2021-2023-cü illərdə "Bavariya"ya rəhbərlik edib. Julian Münhen klubundan ayrıldıqdan sonra Almaniya millisini çalışdırıb.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu