13 iyul 2026. Bazar ertəsi

Naqelsmann Münhenə qayıda bilər


Naqelsmann Münhenə qayıda bilər

"Bavariya"nın idman direktoru Maks Eberl Julian Naqelsmannın geri qayıtmasını müdafiə edir.

90deqiqe.Az xəbər verir ki, o, alman çalışdırıcının Münhen klubuna qaytarılmasının tərəfdarıdır. Bu barədə alman mənbələri məlumat yayıb.

İndi Julian Almaniya millisinin baş məşqçisidir. 

Naqelsmann 2021-ci ilin iyulundan 2023-cü ilin martına qədər "Bavariya"da çalışıb.

Julianın Bundesteam ilə müqaviləsi ev Avropa çempionatının sonuna qədərdir.







Almaniya B.L.

"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"