5 dekabr 2025. Cümə

Tuxel "Bavariya"dan ayrılması haqda - “Mən bu qərardan məmnunam”


Tuxel "Bavariya"dan ayrılması haqda  - “Mən bu qərardan məmnunam”

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel mövsüm bitdikdən sonra gedişi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı  son oyuna qədər bütün varlığımı "Bavariya" üçün verəcəyini bildirib.

“Mən həmişə çalışdığım komandaya hər şeyimi verirəm. Bu səviyyədə məşqçilik edə bildiyim üçün xoşbəxtəm. Başqa klublar haqqında xəbərlər oxumaq istəmirəm, son oyuna qədər bütün varlığımı "Bavariya" üçün verəcəm.

Bu qərardan məmnunam. Günün sonunda bu sadəcə futboldur. Məşqçilər korpusum və mən bizim ən sərt tənqidçilərik və bunu sona qədər görəcəyik. Bu, razılaşdığımız şeydir, mən buna sadiq qalıram.” 

"Bavariya" Bundesliqadakı son iki matçında məğlub olub. Almaniya çempionatının 28-ci turundan sonra Ştutqart Tuxelin komandasına yetişdi və indi komandalar ikinci yeri bölüşürlər.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə