- Almaniya B.L.
- 15:08 21.11.2024
"Bavariya"nın müdafiəçisi Dayot Upamekano klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu Münhen klubu ilə davam edən müqaviləsi olduğunu bildirib.
“Bavariya” ilə 2026-cı ilə qədər müqaviləm var. 2026-cı ilə qədər! Mənim daha deməyə sözüm yoxdur”.
Daha əvvəl 25 yaşlı futbolçunun oyun praktikası olmaması səbəbindən komandadakı mövqeyindən narazı olduğu bildirilirdi.
Bu mövsüm fransalı bütün turnirlərdə 28 matçda meydana çıxıb və 1 qol vurub. Transfermarkt portalının məlumatına görə, Upamekanonun dəyəri 50 milyon avrodur. 29 turdan sonra "Bavariya" Almaniya çempionatının turnir cədvəlində 63 xalla ikinci pillədə qərarlaşıb.