22 iyun 2026. Bazar ertəsi

Florian Virts Bundesliqa rekorduna imza atıb


Florian Virts Bundesliqa rekorduna imza atıb

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virts Bundesliqa rekorduna imza atıb.

90deqiqe.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi XXIX turda “Verder”lə oyunda (5:0) het-trik edərək bunu gerçəkləşdirib.

Fasilədən sonra meydana daxil olan Almaniya millisinin üzvü 68, 83 və 90-cı dəqiqələrdə fərqlənib. Bununla Virts komandasının çempionluğu təmin etdiyi görüşdə het-trik müəllifi olan ilk futbolçu kimi Bundesliqa tarixinə düşüb.

Qeyd edək ki, hesabında 79 xal olan “Bayer 04” sona 5 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər