21 mart 2026. Şənbə

Müller karyerasını başa vurur?


Müller karyerasını başa vurur?

"Bavariya"nın hücumçusu Tomas Müller peşəkar futbolçu karyerasını başa vurmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı alman futbolçu 2025-ci ilin yayında, Bayern ilə hazırkı əmək müqaviləsi başa çatdıqdan sonra karyerasını bitirməyi planlaşdırır. Bildirilir ki, "Bavariya" Müllerə uyğun mövqe təklif edərək onu klubda saxlamağa çalışacaq.

Tomas Müller 2009-cu ildən "Bavariya"da çıxış edir. Transfermarkt internet portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.

Almaniya millisinin üzvü kimi Müller 2014-cü il Dünya Çempionatının qalibi, 2010-cu il Dünya Çempionatının bürünc mükafatçısı, həmçinin iki dəfə - 2012 və 2016-cı illərdə Avropa çempionatında bürünc medal qazanıb.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə