22 oktyabr 2024. Çərşənbə axşamı

"Bavariya"nın baş məşqçi postuna əsas namizəd odur


"Bavariya"nın baş məşqçi postuna əsas namizəd odur

Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann "Bavariya"nın sükanı arxası postunun favoritinə çevrilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkə hesabında yazıb.

O, Julian Nagelsmannın “Bavariya”ya qayıtmasının getdikcə daha çox reallaşdığını qeyd edib. Tərəflər üç və ya dörd illik müqavilə bağlamaq üçün qabaqcıl danışıqlar aparırlar. "Bavariya" hiss edir ki, yeni məşqçi axtarışları finişə yaxındır. Eyni zamanda, Münhen komandasının qısa siyahısında “Aston Villa”dan Unai Emeri və “Brayton”dan Roberto De Zerbi qalıb.

Nagelsmann əvvəllər Münhen klubuna 2021-ci ilin yayından 2023-cü ilin martına kimi rəhbərlik edib. Julianın Almaniya millisi ilə hazırkı əmək müqaviləsi gələn ilin yayında başa çatır.

Xatırladaq ki, Tomas Tuxel bu mövsümün sonunda Münhen təmsilçisinin baş məşqçi postunu tərk edəcək.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu