8 sentyabr 2024. Bazar günü

"Üç qələbə ilə ideal həftə oldu" - Müller


"Üç qələbə ilə ideal həftə oldu" - Müller

"Bavariya"nın hücumçusu Tomas Müller Bundesliqanın 30-cu turunun "Union"la rəqibini 5:1 hesabı ilə məğlub etdiyi matçdan sonra açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu qazandıqları üç qələbə ideal bir həftə keçirdiklərini bildirib.

“Yaxşı oyun nümayiş etdirdik. Biz daha aqressiv idik və sonradan meydanda yüksək topa sahib olduq. Topu itirdiyimiz zaman “Union” bizə əks-hücumları ilə bizə nə qədər təhlükə yarada biləcəklərini zaman-zaman göstərirdi. Bu hesabla qələbəyə layiq idik. Üç qələbə ilə ideal həftə oldu”

Bundesliqanın son turunda “Bavariya” “Köln”ə 2:0 hesabı ilə qalib gəlib, çərşənbə günü isə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Arsenal”ı (1:0) məğlub edib. Əlavə edək ki, “Bavariya” 2023/2024 mövsümü üçün Bundesliqa turnir cədvəlində ikinci yerdədir. Komanda 30 görüşdə 66 xal toplayıb. Union 29 xal toplayaraq 14-cü yerdədir.







Almaniya B.L.

Bundesliqada klubunu dəyişdi
  • Almaniya B.L.
  • 22:45 04.09.2024
Bundesliqada klubunu dəyişdi
Koman "Bavariya"nı tərk edir
  • Almaniya B.L.
  • 12:27 27.08.2024
Koman "Bavariya"nı tərk edir
Bundesliqa klubunda yeni futbolçu
  • Almaniya B.L.
  • 23:41 05.08.2024
Bundesliqa klubunda yeni futbolçu
Kroos Almaniyada ilin oyunçusu seçilib
  • Almaniya B.L.
  • 19:43 04.08.2024
Kroos Almaniyada ilin oyunçusu seçilib
"Mən hər şeyi qazanmalıyam"
  • Almaniya B.L.
  • 12:24 03.08.2024
"Mən hər şeyi qazanmalıyam"