- Almaniya B.L.
- 15:08 21.11.2024
Cari mövsümün sonunda “Bavariya”dan ayrılacaq baş məşqçi Tomas Tuxel avstriyalı mütəxəssis Ralf Ranqnikin Münhen komandasına rəhbərlik edə biləcəyi ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı bununla bağlı danışmaq istəmədiyini bildirib.
“Düzünü desəm, bu sual gecə saat üçdə səs-küy salan qonşunun sualına bənzəyir (gülür). Qulaqcıqlarımı səs-küyün ləğvi rejiminə qoyacağam və buna fikir verməyəcəyəm. Bu mövzu nə sabah, nə də çərşənbə axşamı mənə kömək etməyəcək - və bu, mənim narahatlığım deyil"
Xatırladaq ki, daha əvvəl mətbuatda “Bavariya”nın Rangnikə 2026 və ya 2027-ci ilə qədər qüvvədə olan müqavilə təklif etməyə hazır olduğu barədə məlumat yayılmışdı. Bildirilib ki, Münhen klubunun azarkeşləri Tuxelin komandanın baş məşqçisi postunda qalmasını xahiş edən petisiya yaradıblar.