22 iyun 2026. Bazar ertəsi

"Bavariya"nın baş direktoru Davyesin gələcəyindən danışdı


"Bavariya"nın baş direktoru Davyesin gələcəyindən danışdı

"Bavariya"nın baş direktoru Yan-Kristian Driesen sol cinah müdafiəçisi Alfonso Davyesin müqaviləsi ilə bağlı vəziyyət barədə danışıb. 

90deqiqe.Az xəbər verir ki, o, kanadalı futbolçunun transferi ilə bağlı heç bir görüş keçirmədiklərini bildirib.

“Real Madrid" nümayəndələri ilə görüşdə Alfonso Davyesi müzakirə etmədik. Biz heç vaxt belə görüşlərdə futbolçular haqqında danışmırıq”, – jurnalist Fabrizio Romano Driesendən sitat gətirir.

Daha əvvəl bildirilmişdi ki, “Real Madrid” yaranmış vəziyyətdən istifadə edərək, gələn yay Devisi almağı planlaşdırır. Kral klubu Alfonsonun maliyyə ehtiyaclarını ödəməyə hazırdır.

Xatırladaq ki, 23 yaşlı kanadalının Münhen klubu ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər