21 mart 2026. Şənbə

"Bavariya" Kimmix ilə danışıqlara başladı


"Bavariya" Kimmix ilə danışıqlara başladı

"Bavariya" futbolçusu Coşua Kimmix ilə əmək müqaviləsinin uzadılması üçün danışıqlar prosesinə başlayıb.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, bu, "Barselona"nın baş məşqçisi Xavi ötən qış mövsümün sonunda klubdan ayrılacağını elan etdikdən sonra baş verib. Əvvəllər alman futbolçunun Kataloniya klubuna keçmək istəyinin güclü olması ilə bağlı aktiv söz-söhbətlər yayılmışdı.

Xavinin cari mövsümün sonunda "Barselona"da qalacağını bildirməsinə baxmayaraq, Kimmixin "Bavariya" ilə danışıqlar prosesi dayandırılmayıb.

Kimmixin "Bavariya" ilə əmək müqaviləsi 2025-ci ilin yayında başa çatır.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə