7 may 2026. Cümə axşamı

“Borussiya” Terziçi kimin əvəzləyəcəyinə qərar verib


“Borussiya” Terziçi kimin əvəzləyəcəyinə qərar verib

Dortmund "Borussiya"sında baş məşqçi dəyişikliyi baş verir.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, hazırkı məşqçi Edin Terziçin yerinə, "Bambıl arıları"na hazırda klubun məşqçilər korpusunda köməkçi kimi çalışan Nuri Şahin rəhbərlik edə bilər. Əgər “Borussiya” rəhbərliyi Terziçi saxlamaq qərarına gəlsə, o zaman Şahin Türkiyəyə gedə bilər. İstanbulun "Beşiktaş" klubu naşı mütəxəssisin xidmətinə maraq göstərir.

"Borussiya" Bundesliqa cədvəlində beşinci yerdədir. Çempionlar Liqasında Fransa PSJ-si ilə mübarizə aparan komanda yarımfinala yüksəlib. İlk görüşdə arılar 1:0 hesabı ilə qalib gəliblər.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”