- Almaniya B.L.
- 14:40 04.12.2025
"Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niklas Sule qarşıdan gələn mövsümlərarası fasilədə transfer oluna bilər.
90deqiqe.Az-ın məlumatına görə, Dortmund rəhbərliyinin fiziki hazırlığı və qeyri-peşəkar münasibəti səbəbindən yüksək maaş alan Niklas Suleyə artıq səbri tükənib. Bu səbəbdən də qeyd edildiyi kimi, Dortmund “Borussiya”sı artıq müdafiəçiyə alternativlər axtarır və Sulenin özünə yeni komanda tapmaq niyyətindədir. Amma eyni zamanda, futbolçunun artıq çəkidən qurtulmaq üçün uyğun pəhriz saxladıqdan sonra Dortmundda qalacağı variantı da istisna etmək olmaz.
Niklas Süle 2022-ci ilin yayında "Bavariya"dan "Borussiya Dortmund"a keçib. Bu mövsüm müdafiəçi qara-sarı komandanın heyətində 28 oyun keçirib və 1 qol vurub. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt internet portalı Sülenin bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.