14 dekabr 2025. Bazar günü

"Borussiya" iki futbolçusu ilə yollarını ayıracaq


"Borussiya" iki futbolçusu ilə yollarını ayıracaq

"Borussiya Dortmund"un müdafiəçiləri Marius Volf və Mateu Morey cari mövsümün sonunda komandadan ayırılacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə Dortmund klubunun idman direktoru Sebastyan Kehl açıqlayıb.

“Gələn mövsüm üçün büdcəmiz aydınlaşdıqdan sonra hər şeyi müzakirə etdik. Biz Volf və Moraya dedik ki, onların müqavilələrini yeniləməkdə maraqlı deyilik”

Hər iki futbolçunun müqaviləsi bu yay başa çatır.

28 yaşlı Marius Volf 2021-ci ilin yayından Dortmund klubunda çıxış edir. O vaxtdan bəri o, "Borussiya"nın heyətində 120 oyun keçirib, bu oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə verib. 24 yaşlı Mateu Moray 2019-cu ilin yayında "Barselona"dan Dortmund klubuna keçib. Bu müddət ərzində o, “Borussiya”nın heyətində 32 oyun keçirib, 4 məhsuldar ötürmə edib.







Almaniya B.L.

“Borussiya”dan inamlı qələbə
  • Almaniya B.L.
  • 23:05 07.12.2025
“Borussiya”dan inamlı qələbə
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 22:27 07.12.2025
Bundesliqa klubunda yeni baş məşqçi