- Almaniya B.L.
- 21:59 29.11.2024
Almaniya Bundesliqasının 2023/24 mövsümündən sonra "Transfermarkt" son qiymət yeniləməsindən sonra ən ucuz oyunçuların reytinqini dərc edib.
90deqiqe.Az-ın məlumatına görə, antireytinqin ilk pilləsində "Bavariya"nın hücumçusu Kinqsli Koman qərarlaşıb. Fransız oyunçu qiymətini 15 milyon avroya qədər aşağı salıb, Komanın yeni dəyəri isə 50 milyondur. İkinci yerdə qərarlaşan "Bavariya"nın digər futbolçuları Harri Keyn, Coşua Kimmix, Alfonso Davies və Kim Min Cen 10 milyon avro ucuzlaşıb.
Üçüncü yeri isə Dortmund "Borussiyası"ndan Niklas Süle tamamlayıb. Onun qiyməti isə 7 milyon avro azalaraq 15 milyon olub.