10 iyul 2026. Cümə

"Bavariya"nın yeni baş məşqçisinin maaşı məlum oldu


"Bavariya"nın yeni baş məşqçisinin maaşı məlum oldu

Vinsent Kompaninin "Bavariya"da nə qədər qazanacağı məlum olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkədəki hesabında bildirib.

O, bir neçə gün əvvəl “Bavariya” ilə müqavilə imzalayan belçikalı mütəxəssisin bu klubda 7-9 milyon avro qazanacağını qeyd edib.

Bu, Julian Naqelsmann və Hans-Diter Flikin əvvəllər Münhen komandasında qazandıqlarından çoxdur.

Xatırladaq ki, Kompani "Bavariya"da münhenlilərin ötən mövsüm heç bir kubok qazanmadığı Tomas Tuçeli əvəzləyib. Bundan əvvəl Kompani İngiltərə çempionatından aşağı liqaya düşmüş "Bernli" ilə çalışıb.







Almaniya B.L.

"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"