- Almaniya B.L.
- 23:13 14.11.2024
"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix klubun baş məşqçisi Vinsent Kompaninin təyinatı haqda açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, alman futbolçu hazırda belçikalı mütəxəssislə bağlı hansısa fikiri irəli sürə bilməyəcəyini bildirib.
“Mən onu çoxdandır ki, futbolçu kimi tanıyıram. Amma bir məşqçi kimi hələ ki, onu mühakimə edə bilmərəm. Təbii ki, bu da gələcəyimiz üçün vacibdir. Amma məni ilk növbədə klubun fikri maraqlandırır. Sevinirəm ki, indi bizim məşqçimiz var. Amma mən yalnız ilk məşqdən və ilk bir neçə həftədən sonra hakimlik edə bilərəm”
Xatırladaq ki, “Bavariya” mayın 29-da Kompaninin baş məşqçi təyin olunduğunu elan etmişdi. Mütəxəssisin maaşı potensial müavinətlər nəzərə alınmaqla ildə 7-9 milyon avro olacaq. 38 yaşlı çalışdırıcı Münhen komandası ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.