- Almaniya B.L.
- 22:06 20.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Dortmund "Borussiya"sının rəhbərliyi "Mançester Yunayted"in cinah oyunçusu Ceydon Sançonu daimi olaraq transfer etməyə çalışacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
O, alman klubunun bu məsələ ilə bağlı “qırmızı şeytanlar”la danışıqlar aparmağı planlaşdırdığını və yaxın günlərdə hər iki tərəfin nümayəndələrinin görüşü baş tutacağını qeyd edib
İngilis futbolçu mövsümün ikinci yarısını bal arıları üçün icarə əsasında keçirib. Ötən mövsüm Cedon 24 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin mankunianlılarla əmək müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Transfermarkt portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.