- Almaniya B.L.
- 23:13 14.11.2024
"Bavariya" yay transfer pəncərəsi zamanı müdafiəçilər Matthijs de Liqt və Noussair Mazraui, yarımmüdafiəçilər Coşua Kimmix və Leon Qoretska, həmçinin cinah oyunçuları Serj Qnabri və Kinqsley Koman ilə satmağa hazırdır.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
O, Münhen klubuna futbolçu satmaq lazım olduğu üçün adıçəkilən futbolçulara gələn təklifləri nəzərdən keçirəcəyini qeyd edib.
Xatırladaq ki, Almaniya Bundesliqasının son mövsümünün yekununda “Bavariya” 72 xal toplayaraq Almaniya çempionluğunu qazanan “Bayer Leverkuzen”dən 18 xal geri qalaraq üçüncü yeri tutub.