- Almaniya B.L.
- 23:13 14.11.2024
Edin Terziç postunu tərk etdikdən sonra "Borussiya Dortmund" komandasının köməkçi məşqçisi Nuri Şahin komandanın yeni baş məşqçisi olmağa əsas namizəddir.
90deqiqe.Az-ın “Bild”ə istinadən məlumatına görə, yaxın saatlarda tərəflər arasında danışıqlar aparılmalıdır.
Bildirilir ki, 35 yaşlı mütəxəssis "Borussiya"nın baş məşqçi postu üçün favorit olsa da, alman klubu digər namizədləri müzakirə edir.
Xatırladaq ki, Şahin 2024-cü ilin yanvarında Terziçin köməkçisi vəzifəsinə təyin edilib. Türkiyəli futbolçu bundan əvvəl 2021-ci ilin oktyabrından 2023-cü ilin 31 dekabrına kimi birlikdə çalışdığı "Antalyaspor"a rəhbərlik edib.
"Borussiya" 2023/2024 mövsümü üçün Almaniya çempionatının turnir cədvəlində beşinci yeri tutub.