- Almaniya B.L.
- 12:57 03.12.2024
"Bavariya"nın qapıçısı Manuel Noyer gələcəyi haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, “WELT Sport" 38 yaşlı qolkiperin dediklərini belə çatdırıb:
“MLS-ə keçmək mənim üçün bir seçim idi. Bu çempionatda mübarizə aparan Bastian Şvaynştaygerlə bu haqda danışdım. Ancaq bunu diqqətlə düşünmək lazımdır. Üstəlik, onlar tez-tez süni örtüklü meydançada oynayırlar ki, bu da qapıçı üçün çox da yaxşı deyil. Mənə həmişə müxtəlif klublardan təkliflər gəlirdi, amma komandaya və tərkibə görə “Bavariya”nın mənim üçün ən yaxşı yer olduğunu bilirdim. Baxmayaraq ki, heç vaxt heç vaxt deyə bilməzsən. Ola bilsin ki, Səudiyyə Ərəbistanına və ya Qətərə köçərdim”
Xatırladaq ki, Noyerin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.