22 iyun 2026. Bazar ertəsi

Koreyalı futbolçu "Bavariya" və "İnter" arasında seçim etdi


Koreyalı futbolçu "Bavariya" və "İnter" arasında seçim etdi

"Bavariya"nın mərkəz müdafiəçisi Kim Min Jae bu yay başqa kluba keçmək niyyətində deyil.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O "İnter"in 27 yaşlı futbolçunu almaq istəsə də, futbolçu "neradzurri"nin düşərgəsinə keçməkdən imtina etdiyini qeyd edib.

Koreyalı oyunçu ilə alman nəhəngi arasında mövcud əmək müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimi hesablanıb. Ötən mövsüm müdafiəçi 36 matçda iştirak edib, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt-ın məlumatına görə, Jae-nin bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər