- Almaniya B.L.
- 20:59 19.03.2026
"Bavariya"nın idman şurasının üzvü Maks Eberl komandanın müdafiəçisi Coşua Kimmixin gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, “Bild" nəşri Eberlin dediklərini belə çatdırıb:
"Biz təkliflərə açığıq. Onun müqaviləsinin bitməsinə 1 il qalıb. Razılaşdıq ki, onunla məzuniyyətdən sonra danışaq”
Daha əvvəl "Bavariya"nın 29 yaşlı alman futbolçu ilə yollarını ayırmaq niyyətində olduğu bildirilirdi. Ötən mövsüm Kimmix bütün turnirlər daxil olmaqla 43 matçda meydana çıxıb, iki qol vurub və on məhsuldar ötürmə verib. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 50 milyon avrodur.