5 dekabr 2025. Cümə

“Bavariya” bir oyunda 14 qol vurdu


“Bavariya” bir oyunda 14 qol vurdu

"Bavariya" yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki,  Münhen komandası ənənəvi olaraq çox asan rəqiblərə qarşı sparrinqlə başlayıb.

Bu dəfə Bundesliqa nəhəngi doqquzuncu divizionda çıxış edən "Rottach-Egern" həvəskarları ilə qarşılaşıb.

“Bavariya” oyunu iki heyətdən yararlanıb, fasilədə bütün oyunçularını dəyişib və 14:1 hesabı ilə qalib gəlib.

Maraqlıdır ki, “Bavariya” son illərdə tez-tez “Rottach-Egern”ə qarşı oynayır, münhenlilər bu nəticə ilə qalib gəliblər: ötən mövsüm öncəsi 20:2, 23:0 və 27:0; "Rottach-Egern" - “Bavariya”- 1:14 (1:7)







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə