7 may 2026. Cümə axşamı

Hiroki İtonun durumuna aydınlıq gəldi


Hiroki İtonun durumuna aydınlıq gəldi

"Bavariya"nın "Düren"lə yoldaşlıq görüşündə zədələnən mərkəz müdafiəçisi Hiroki İtonun son durumu müəyyənləşib.  (1:1)

90deqiqe.Az xəbər verir ki,  yaponiyalı futbolçunun metatars sümüyü sınıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ən azı 3 aylıq yaşıl meydanlar uzaq qalacaq.

Hiroki İto "Bavariya"ya mövsümlərarası fasilədə "Ştutqart"dan keçib. Transferin dəyəri 23,5 milyon avro olaraq qiymətləndirilir. Mərkəz müdafiəçisi Münhen komandası ilə 2028-ci ilin ortalarına qədər müqavilə bağladı. Avqustun 3-də “Bavariya” “Tottenhem”lə yoldaşlıq oyunu keçirəcək. Komandanın Almaniya kuboku çərçivəsində ilk rəsmi oyunu avqustun 16-da baş tutacaq - rəqib "Ulm" olacaq.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”