- Almaniya B.L.
- 15:36 17.09.2024
"Brayton"un yarımmüdafiəçisi Paskal Qros karyerasını "Borussiya Dortmund"da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O yaxın vaxtlarda klublar arasında sənədlər imzalanacağını və Premyer Liqa klubunun alman oyunçu üçün bonuslarla birlikdə 7 milyon avro qazanacağını qeyd edib.
Ötən mövsüm 33 yaşlı futbolçu "qağayılar" üçün bütün yarışlarda 47 oyun keçirib, 5 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.
Ötən mövsüm "Borussiya" Bundesliqada 63 xal toplayıb və beşinci yerdə qərarlaşıb ki, bu da Çempionlar Liqasında iştirak etməyə imkan verib.